AZE | RUS | ENG |


Azərbaycanın valyuta ehtiyatları 41 mlrd. dollara yaxınlaşır

Azərbaycanın valyuta ehtiyatları 41 mlrd. dollara yaxınlaşır
"Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Ölkə başçısı qeyd edib ki, 2017-ci ilin əvvəlindən ölkəmizin valyuta ehtiyatları təxminən 3 milyard dollar artıb: "Bu da çox gözəl göstəricidir. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir".



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7068
GBP 1 İngilis funt sterlinqi 2.2238
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.6313
SEK 1 İsveç kronu 0.2071
EUR 1 Avro 1.9877
CHF 1 İsveçrə frankı 1.7531
USD 1 ABŞ dolları 1.7009