• cümə axşamı, 28 mart, 21:11
  • Baku Bakı 13°C

Azərbaycanın vaksinlərin idxalı üçün səyləri müsbət təsirini göstərir

04.04.21 16:00 1274
Azərbaycanın vaksinlərin idxalı üçün səyləri müsbət təsirini göstərir
"COVAX platforması çərçivəsində peyvəndlərin ölkəyə gətirilməsi tam şəkildə hökumət tərəfindən maliyyələşdirilir”.
"Report”xəbər verir ki, bu fikirləri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardin ölkəyə göndərilən "Vaxzevria” (əvvəlki adı "AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib.
O bildirib ki, növbəti görülməli vacib iş insanların kütləvi peyvəndlənməsinə nail olmaqdır: "Çünki virusla mübarizənin ən səmərəli yolu peyvənd vurdurulmasıdır. Ümid edirəm ki, birgə səylərlə çətin dövrü geridə qoymuş olacağıq”.
BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai COVAX platforması çərçivəsində peyvəndin ilk partiyasının Azərbaycana gətirilməsi münasibəti ilə hökuməti təbrik edib: "Ümumiyyətlə Azərbaycan hökuməti virusla mübarizə istiqamətində vaksinlərin erkən mərhələdə idxalı üçün çox səylər göstərir və bu da öz müsbət təsirini göstərir”.
banner

Oxşar Xəbərlər