• cümə, 29 Mart, 14:07
  • Baku Bakı 14°C

Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Almaniyada səfərdə olub

23.06.17 15:40 1225
Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Almaniyada səfərdə olub
Azərbaycan hökuməti tərəfindənBMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Polad Bülbüloğlu 21-23 iyun tarixlərində Almaniyada səfərdə olub.
Azərbaycanın Almaniyadakı səfirliyindənAPA-ya verilən məlumata görə, səfər P. BülbüloğlununUNESCOilə bağlı proqramının Almaniyada tanıdılmasına yönəlib.
Səfər çərçivəsində Polad Bülbüloğlu Almaniyanın Federal Xarici İşlər NazirliyindəUNESCOüzrə məsul olan dövlət naziri Maria Bömer, eləcə də xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndə Haydrun Tempel, Bundestaqın deputatları, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və onun müavini Yohannes Kars, Federal Kansler Administrasiyasında Orta, Cənub-Şərqi və Şərqi Avropa, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə şöbənin müdiri Knut Abraham və Qlobal Məsələlər,BMTvə İnkişaf Siyasəti şöbəsinin müdiri Matias Lixartsla görüşlər keçirib.
Görüşlər zamanı Polad BülbüloğluUNESCO-nun gələcək fəaliyyətinə dair baxışları haqqında qarşı tərəfə məlumat verib, baş direktor seçiləcəyi təqdirdə prioritet və təkliflərini sadalayıb.
Eyni zamanda, Almaniya tərəfininUNESCOməsələlərinə dair yanaşması barədə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər