• cümə, 29 Mart, 13:37
  • Baku Bakı 14°C

Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər

12.12.17 14:00 2441
Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması çərçivəsində aparılan danışıqlarda tərəqqi var.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini qeyd edib ki, dekabrın 15-i keçiriləcək növbəti konfransda enerji və ekoloji məsələlər müzakirə olunacaq: "Sazişin qalan blokları üzrə müzakirələr isə gələn ilin əvvəllərində aparılacaq".
M.Məmməd-Quliyev bildirib ki, Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər: "Siyasi blokda bəzi irəliləyişlər var, ticarət və investisiya üzrə isə bir qədər ləngimələr var".
Nazir müavini əlavə edib ki, Azərbaycanın təşkilata daxil olması aktual olaraq qalır.
banner

Oxşar Xəbərlər