AZE | RUS | ENG |

Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu
Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il zaman çərçivəsində qəbul edilirdisə, məhz arxeoloji tədqiqatlar nəticəsində vətənimizin tarixinin iki milyon ilədək izlənilməsi mümkün olub.
Trend-in məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli deyib.
Onun sözlərinə görə, Azərbaycanın yazıyaqədərki tarixi dövrü, həmçinin, region barədə yazılı məlumatların yetərincə olmadığı antik və ilk orta əsrlər dövrü barədə məlumatlar yalnız arxeoloji tədqiqatlar hesabına əldə edilir.
O bildirib ki, Azərbaycan ərazisinin məskunlaşması, xalqımızın etnogenezinin ən erkən dövrü barədə yalnız arxeoloji tədqiqatlar zəminində təsəvvür əldə edilə bilər:

"Son illər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində Azərbaycan arxeologiyasında istər kəmiyyətcə, istərsə də keyfiyyətcə yeni inkişaf mərhələsi başlayıb. Müasir dünya elminin standartları arxeologiya elminin artıq digər elmlərin qovşağında olan multidissiplinar bir sahəyə transformasiyasını tələb edir. Hazırda geoarxeoloji, paleobotanik, arxeozooloji, paleoantropoloji, radiokarbon və s. multidissiplinar araşdırmaları genişləndirmədən arxeologiya elminin gələcək inkişafını təsəvvür etmək çətindir".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002