AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın tanınmış jurnalisti mükafat aldı

Azərbaycanın tanınmış jurnalisti mükafat aldı

Təfsilat
07 Dekabr 2012, 12:45 1483
Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadəyə Şimali Kipr Türk Respublikasında keçirilən mərasimdə mükafatlandırılıb. S.Verdizadənin qəzetimizə verdiyi məlumata görə, mükafat MHP-dən olan millət vəkili Mövlud Dudu tərəfindən təqdim edilib. Mükafatlandırma mərasimində çıxış edən jurnalist Azərbaycan mətbuatının bugünkü durumundan danışıb. O, çıxışı zamanı bildirib ki, ən böyük arzusu jurnalist kimi Qarabağın erməni işğalından azad olunması ilə bağlı xəbər yazmaqdır.

Qeyd edək ki, S.Verdizadə Avropa Qəzetçilər Dərnəyinin ilin “Ən yaxşı jurnalisti” nominasiyasının qalibi olub. Sözügdən dərnək hər il müxtəlif sahələrdə uğur qazanan insanları mükafatlandırır. AQD-nin təşkil etdiyi mərasimdə Milli Məclisin deputatı, professor Musa Qasımlı “İlin millət vəkili”, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “İlin elm adamı”, millət vəkili Qənirə Paşayevanın sədri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” “İlin qeyri-hökumət təşkilatı”, “Kral RC” MMC-in sədri Rövşən Tağıyev “İlin iş adamı”, əməkdar artist Elza Seyidcahan “İlin müğənnisi”, müğənni Ramal İsrafilov isə “İlin gənc müğənnisi” mükafatına layiq görülüb.