• çərşənbə, 24 Aprel, 17:11
  • Baku Bakı 27°C

Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini təqdim edib

17.01.18 11:35 569
Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini təqdim edib
Azərbaycanın Tacikistanda yeni təyin olunmuş səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Siracəddin Aslova təqdim edib.

Azərbaycanın Tacikistandakı səfirliyindənAPA-ya verilən xəbərə görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı H. Məmmədzadəiki ölkə prezidentləri arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri sayəsində mövcud olan yüksək səviyyəli siyasi əlaqələrlə yanaşı ölkələrimiz arasında iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində də mövcud olan əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində fəaliyyət göstərilməsinin ona tapşırıldığını qeyd edib və bu istiqamətdə bütün imkan və bacarığını sərf edəcəyini bildirib.

S. Aslov isə səfirin etimadnaməsini qəbul edərək Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu, iqtisadi, turizm, elm və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin səviyyəsinin artırılması üçün hər iki ölkənin geniş imkanlarının mövcudluğunu qeyd edərək səfir qarşısında mühüm vəzifələr durduğunu bildirib, Azərbaycanın yeni səfirinə gələcək fəaliyyətində uğurlar diləyib.
banner

Oxşar Xəbərlər