• cümə, 19 Aprel, 22:19
  • Baku Bakı 24°C

Azərbaycanın “Synergy Baku” velosiped komandası Sloveniyada “Adria Mobil” Qran-Prisində iştirak edəcək

01.04.17 21:15 711
Azərbaycanın “Synergy Baku” velosiped komandası Sloveniyada “Adria Mobil” Qran-Prisində iştirak edəcək
Sloveniyada velosipedçilərin Avropa turları seriyası çərçivəsində birgünlük "Adria Mobil” Qran-Prisi keçiriləcək.
AZƏRTACxəbər verir ki, Azərbaycanın "Synergy Baku” kontinental komandası da yarışda iştirak edəcək. Komandamızın heyətində Yosip Rumaç, Ənvər Asanov, İsmayıl İlyasov, Elgün Əlizadə, Elçin Əsədov, Kənan Qəhrəmanlı, Kiril Pozdnyakov və Musa Mikayılzadə yer alacaqlar.
Bu turnir 18 yaşlı M.Mikayılzadənin "Synergy Baku”nun heyətində debütüdür.
Qeyd edək ki, yarış aprelin 2-də keçiriləcək. Komanda daha sonra Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı ongünlük Mərakeş turunda iştirak edəcək.
banner

Oxşar Xəbərlər