AZE | RUS | ENG |

Azərbaycanın sosial layihələrinə Avropadan yüksək qiymət

Azərbaycanın sosial layihələrinə Avropadan yüksək qiymət
Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədilə hər üç ildən bir "Yaxşı təcrübə” müsabiqəsi keçirilir. Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində təşkil olunan qala gecəsində Avropa regionu üzrə növbəti müsabiqənin nəticələri açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, 20 ölkədən təqdim edilmiş 76 sosial layihəni əhatə edən müsabiqənin yekunlarına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsabiqə üçün təqdim etdiyi dörd layihənin hər biri münsiflərin xüsusi rəyi ilə uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.
Bunlar ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem (VEMTAS), əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (TSERAS), özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.
Uğur qazanmış layihələrin hər biri üzrə sertifikatlar təqdim edilib.
Tədbirdə bu layihələrin əhəmiyyətindən bəhs olunub. VEMTAS və TSERAS-ın sosial yardım və əlilliyinin qiymətləndirilməsi sistemlərində ünvanlılıq və şəffaflığın təminatında, müasir iş prinsiplərinin formalaşmasında rolu qeyd edilib. Azərbaycanda icra olunan özünüməşğulluq proqramının həssas qruplarla bağlı passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunmasında, həmin qrupların işsizlikdən kiçik ailə biznesinə çıxışına imkan verdiyi vurğulanıb. Proqramın mühüm sosial-iqtisadi faydalarından bəhs olunub. Habelə Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ardıcıl şəkildə həyata keçirilən kompleks təsirli tədbirlərin önəmi və müsbət nəticələri qeyd olunub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989