• cümə, 19 Aprel, 05:36
  • Baku Bakı 18°C

Azərbaycanın şimal bölgəsinə qar yağıb, temperatur mənfi 7 dərəcəyə düşüb

19.01.21 11:45 343
Azərbaycanın şimal bölgəsinə qar yağıb, temperatur mənfi 7 dərəcəyə düşüb
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 15 sm-ə çatıb, temperatur mənfi 7 dərəcəyədək enib.
Rayonun Qrız kəndindəqarın hündürlüyü 5 sm, Bostankeş kəndində 3 sm olub.

Xızının Altıağac qəsəbəsində 1 sm,Qusarın Ləzə kəndində 5 sm-ə qədər qar qeydə alınıb.
banner

Oxşar Xəbərlər