Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığının prioritetləri
"Azərbaycan
peyk texnologiyası, neft-kimya, neft, qaz, kənd təsərrüfatı və turizm sahələrində
Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın qurulmasında maraqlıdır”.
Trend-in
məlumatına görə, bunu "Asharq Al-Awsat" portalına Azərbaycanın Səudiyyə
Ərəbistanındakı səfiri Şahin Abdullayev deyib.
O,
bildirib: "Azərbaycan iki peyk buraxıb və bu sahədə qabaqcıl səviyyəyə
çatıb. Biz peyk üçün ehtiyat hissələrinin qabaqcıl istehsalçılarından biri
olmağa çalışırıq".
Səfir
qeyd edib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələr yüksək
səviyyədədir və bir neçə sahədə iqtisadi, ticarət və investisiya əməkdaşlığına
imkan yaradıb.
Ş.Abdullayev
əlavə edib ki, Azərbaycan Krallığa kənd təsərrüfatı məhsulları, xüsusilə,
buğda, meyvə və tərəvəzlər, həmçinin bəzi sənaye malları ixrac etməyə hazırdır.
Səfir
vurğulayıb ki, Azərbaycanda turizm sahəsi rioritet investisiya və iqtisadi sahələrdən
biri hesab olunur və ötən il Azərbaycana Səudiyyə Ərəbistanından 35 000 turist
gəlib.
O, qeyd
edib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə ötən il 17 milyon dollar təşkil edən
ticarət dövriyyəsinin həcmini artırmaq istəyir.
Səfir həmçinin
investisiya əməkdaşlığını genişləndirmək istəyini diqqətə çatdıraraq bildirib
ki, Azərbaycan hökuməti investorlara imtiyazlar verməyə hazırdır və vergilərdə
güzəştlər edəcək.
"Asharq
Al-Awsat" portalı qeyd edir ki, Şahin Abdullayev Səudiyyə Ərəbistanının
ticarət-sənaye palataları Şurasının sədri Əhməd əl-Raci ilə ticarət və
investisiya əməkdaşlığının mümkün inkişaf yollarını müzakirə edib. Raci qeyd
edib ki, Səudiyyə Ərəbistanının biznes sektoru Azərbaycanın investisiya
imkanlarının öyrənilməsində maraqlıdır.