• cümə, 29 Mart, 18:48
  • Baku Bakı 14°C

Azərbaycanın səhiyyə sistemində ciddi kadr dəyişikliyi

17.04.14 11:16 1211
Azərbaycanın səhiyyə sistemində ciddi kadr dəyişikliyi
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi xəbərə görə, yeni yaradılan Bakı Sağlamlıq Mərkəzinə direktor təyin olunub.
Bakı Sağlamlıq Mərkəzinə direktoru vəzifəsinə Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov təyinat alıb. Hazırda Bakı Sağlamlıq Mərkəzinin rəhbər və işçi kadrlarının formalaşması prosesi davam edir.
Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub.
Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsinə isə hələlik təyinat olmayıb.
banner

Oxşar Xəbərlər