• cümə, 29 Mart, 03:04
  • Baku Bakı 7°C

Azərbaycanın sədrliyi ilə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 105-ci sessiyası keçirilir

11.05.17 16:50 1478
Azərbaycanın sədrliyi ilə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 105-ci sessiyası keçirilir
Mayın 11-də İspaniyanın paytaxtı Madriddə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) 105-ci sessiyası öz işinə başlayıb. Sessiya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir.
Tədbirdə DTT-nin baş katibi Taleb Rifai, icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, Dünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousill və aidiyyəti beynəlxalq təşkilatların rəhbərləri, üzv dövlətlərin 20-dək aidiyyəti sahələr üzrə nazirləri, eləcə də İcraiyyə Şurasının üzv ölkələrinin nümayəndələri, assosiativ üzvləri və müşahidəçilər də daxil olmaqla 340-a yaxın qonaq iştirak edir.
Sessiyada ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri təmsil edirlər.
İcraiyyə Şurasının 105-ci sessiyasının açılış mərasimində şuranın sədri nazir Əbülfəs Qarayev və DTT-nin baş katibi Taleb Rifai çıxış ediblər. Sessiyada qurumun Proqram və Büdcə Komitəsinin hesabatının dinlənilməsi, İcraiyyə Şurasına yeni üzvlərin qəbul edilməsi, 2018-2021-ci illər üçün DTT-nin baş katibliyinə namizədliyin qiymətləndirilməsi kimi mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
Xatırladırıq ki, 2013-cü ildə DTT-nin Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycan qurumun İcraiyyə Şurasına üzv qəbul olunub və bununla əlaqədar Şuranın iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ qazanıb. 2016-cı ildə isə Azərbaycan DTT-nin İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilmiş 104-cü sessiyası zamanı yekdilliklə Şuranın sədri seçilib.
Tədbir öz işini mayın 12-də başa vuracaq.
banner

Oxşar Xəbərlər