• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

"Azərbaycanın seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərməsini alqışlayıram"

13.12.19 13:07 436
"Azərbaycanın seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərməsini alqışlayıram"
"Azərbaycanda qarşıdan gələn parlament seçkilərində yeni simalarla qarşılaşacağımıza dair gözləntimiz var. Ümid edirəm ki, seçilənlər arasında yeni qadın simalarla tanış olacağıq və onların arasında sahibkarlar da olacaq".
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib.
O qeyd edib ki, Azərbaycan hökumətinin ATƏT-in Parlament Assambleyasının və ATƏT-in Demokrat Təsisatlar və İnsan Hüquqları Bürosunun üzvlərinə seçkiləri müşahidə etmək üçün dəvətini alqışlayır: "Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər. Ona görə hökumətdən gözləntimiz həm beynəlxalq, həm də yerli müşahidəçilərə tam şəraitin yaradılması və onların dəstəklənməsidir".
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
banner

Oxşar Xəbərlər