• cümə axşamı, 25 aprel, 15:26
  • Baku Bakı 23°C

Azərbaycanın seçki institutu dünyaya nümunə ola bilər

30.03.18 14:40 648
Azərbaycanın seçki institutu dünyaya nümunə ola bilər
Azərbaycanın seçki keçirmək təcrübəsi dünya standartlarına uyğundur. Ölkə qanunları hər bir vətəndaşın seçmək və seçilmək hüququnu yüksək səviyyədə təmin edir. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Namizədliyini irəli sürmək üçün vətəndaşlara tam demokratik imkanlar yaradıldığını deyən deputat söyləyib ki, konstitusiyanın tələblərinə uyğun olaraq prezidentliyə iddialarını ortaya qoyan şəxslərin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunub: "Bu gün bütün namizədlər bərabər şəraitdə öz təbliğat kompaniyalarını aparırlar. Xüsusilə qeyd olunmalıdır ki, namizədliyi irəli sürülmüş şəxslər yaradılmış şəraitdən tam razıdırlar”.
A.Badamov qeyd edib ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı seçkidə demokratik şəraitdə heç bir təzyiq və təsir olmadan öz seçimini edəcək.
Seçki prosesinə çoxlu sayda daxili və xarici müşahidəçilərin cəlb olunduğunu deyən A.Badamov onu da bildirib ki, hazırda beynəlxalq müşahidə qrupları seçki dairələrində monitorinqlər aparır və heç bir irad qeydə alınmayıb: "Bu onu göstərir ki, Azərbaycanın seçki institutu dünyaya nümunə ola bilər. Düşünürəm ki, seçkilər bitəndən sonra beynəlxalq müşahidəçilər ölkəmizdə keçirilən demokratik seçki mühiti ilə bağlı yüksək fikirlərlə öz vətənlərinə qayıdacaqlar”.
banner

Oxşar Xəbərlər