• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

Azərbaycanın qurtuluş günü - Fotolar

13.06.18 17:52 835
Azərbaycanın qurtuluş günü - Fotolar
Bu gün Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı açaraq, 1991-ci ilin oktyabrında Azərbaycanın yenidən müstəqilliyə qovuşmasından sonra ölkə daxilində yaranmış vəziyyətdən, hakimiyyət böhranından söhbət açıb. Bildirib ki, müstəqilliyimizin ilk illərində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik hökm sürüb. Onun sözlərinə görə, Azərbaycanda hakimiyyət boşluğunun yaranması, ayrı-ayrı şəxslər və qruplar arasında vəzifə kürsüsü uğrunda mübarizənin getməsi həmin vaxt ölkəni çox ağır duruma salıb. Direktor qeyd edib ki, 1992-ci ilin mayın 14-də hakimiyyəti güc yolu ilə ələ keçirən Xalq Cəbhəsinin qeyri-sağlam fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşib. Hətta 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi astanasında olub. F.Şahbazlı deyib ki, məhz belə bir vaxtda Azərbaycan xalqı müdrik qərar qəbul edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyevi Bakıya dəvət edib. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəlib. Zəngin idarəetmə təcrübəsinə malik dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev qısa bir zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilib. 1993-cü il iyunun 15-də isə ulu öndər Heydər Əliyev Ali Sovetin – indiki Milli Məclisin sədri seçilib. Beləliklə də 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Milli Məclis 1997-ci ildə 15 iyun tarixini bayram elan edib və artıq 25 ildir xalqımız bu günü bayram kimi qeyd edir.

Dəyirmi masada kollecin Tədris-istehsalat işləri üzrə direktor müavini, Yeni Azərbaycan Partiyası (YAP) BİTKol ilk partiya ərazi təşkilatının sədri Şakir Mikayılov, Azərbaycan dili və ədəbiyyat müəllimi Zəminə Həmzəyeva, Metodiki kabinetin müdiri, Həmkarlar Təşkilatının sədri Xəlil Bağırov, kollecin Fənn birləşmə sədrləri Şölə Əfəndiyeva, Rafiq Salahov, Gültəkin Zeynalova və başqaları da çıxış edərək, 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı olmadığını, həm də böyük ictimai, siyasi, tarixi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ümummilli lider Heydər Əliyevdir.






banner

Oxşar Xəbərlər