• cümə, 29 Mart, 13:48
  • Baku Bakı 14°C

Azərbaycanın qeyri-neft ixracında informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır

26.11.19 13:00 833
Azərbaycanın qeyri-neft ixracında informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır
Dünyada elektron ticarətin həcmi 2022-ci ildə 3,53 trilyon dollardan 6,54 trilyon dollara çatacaq. Ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15%-ə çatır.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "World E-Commerce Forum Eurasia Baku 2019" konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.V.Qasımlı bildirib ki, internetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7% ola bilər: "Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini aparır. Proqramda elektron ticarət rəqəmsal ekosistemin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur”.
Onun sözlərinə görə, Azərbaycanda e-ticarətin lideri Azexport.az portalı sahibkarlar üçün "ixrac çekap”ı nəzərdə tutur. "Azexport” portalı "amazon.com”, "alibaba.com”, "all.biz”, "Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub.V.Qasımlı qeyd edib ki, Azexport "Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan məhsullarına daha çox axtarış verildiyini görməkdə marketinq alətidir. O bildirib ki, "Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb:
"Azexport.az Portalının tərkib hissəsi kimi fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı həm yerli, həm də xarici iş adamlarının rəqəmsal iqtisadiyyata töhfəsini stimullaşdırır. Post-industrial dövrdə dünyada xidmətlərlə ticarət geniş vüsət alır. Azexport.az portalı Yaradıcı və Mədəniyyət Sənayeləri (musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) məhsullarının ixracına başlayıb. Bunun üçün Azexport.az portalı bu sahədə ixtisaslaşanetsy.com,kickstarter.com, amazon kindle, Apple Music, Itunes, Google Play və Sotheby’s auksion evi ilə əməkdaşlıq edir. Azərbaycanın qeyri-neft ixracında informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən artıq inkişaf edib. 2019-cu ilin yanvar-sentyabr aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur”.
banner

Oxşar Xəbərlər