AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib

Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib

Cəmiyyət
14 Dekabr 2018, 12:22 330
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi müddətində bir sıra məsələlər həll edilib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Azərbaycanı beynəlxalq quruma uğurlu sədrliyi münasibətilə təbrik edən nazir vurğulayıb ki, bu qurumda islahatlar aparılmalı və mövcud problemlər həll olunmalıdır. Onun sözlərinə görə, təşkilatda Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli irəliləyişlərə nail olunub.

İclasda gələcəkdə həll edilə biləcək məsələlərin müzakirə olunduğunu deyən M.Çavuşoğlu bildirib ki, QDİƏT Türkiyə üçün də çox önəmli təşkilatdır. Təşkilat digər qurumlar ilə birgə çox vacib vəzifələri həyata keçirir. Bu qurumun daha da genişləndirilməsi, böyüməsi və inkişaf etdirilməsi üçün səylər davam etdiriləcək.