• cümə, 19 Aprel, 06:09
  • Baku Bakı 13°C

Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar

23.07.17 13:29 1315
Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar
Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib.
"Report" xəbər verir ki, yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.
"Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.
banner

Oxşar Xəbərlər