• cümə axşamı, 25 aprel, 04:48
  • Baku Bakı 19°C

Azərbaycanın peyki Fransa Qvianasında kosmodroma çatdırılıb

08.08.18 19:30 642
Azərbaycanın peyki Fransa Qvianasında kosmodroma çatdırılıb
Azərbaycanın "Azerspace-2/Intelsat 38” geostasionar peyki Fransa Qvianasında Kuru kosmodromuna çatdırılıb.
Trend-in məlumatına görə, bu barədə "Arianespace” şirkətinin rəhbəri Stefan İsrael öz "Twitter” səhifəsində yazıb.
"Azerspace-2/Intelsat 38” peyki sentyabr ayının 5-də "Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.
Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı "Horizons 3e” peykini də aparacaq.
"Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
banner

Oxşar Xəbərlər