• cümə axşamı, 28 mart, 22:23
  • Baku Bakı 13°C

Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq

22.08.16 11:06 1092
Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 mln. ton neft hasil edilib.

"APAEconomics” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

O qeyd edib ki, bu həcmin 224 mln. tonu Azərbaycanın payına düşən mənfəət neftidir: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq".

SOCAR rəsmisi qeyd edib ki, indiyədəkBakı-Tbilisi-Ceyhanboru kəməri ilə 300 mln. ton neft nəql edilib.
banner

Oxşar Xəbərlər