AZE | RUS | ENG |

Azərbaycanın neft strategiyasının memarı

Azərbaycanın neft strategiyasının memarı
Tahir Mirkişili: “Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin iqtisadi müstəqilliyini və inkişafını təmin etdi”

1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyət gəldi. Bu gün xalqımızın tarixinə Milli Qurtuluş Günü olaraq yazıldı. H.Əliyevin hakimiyyətə gəlməsi ilə həm də iqtisadi sferada canlanma yarandı. Onun gərgin səyləri nəticəsində xüsusilə neft sahəsində ciddi uğurla əldə olunmağa başladı. O, neftdən gələn gəlirləri ölkə iqtisadiyyatının inkişafına istiqamətləndirməklə bu günkü Azərbaycanın memarına çevrildi.
İqtisadçı millət vəkili Tahir Mirkişili bildirdi ki, tarixən neft Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb: "Azərbaycanın neft sərvətlərindən daim müxtəlif ölkələr bəhrələnmişlər. Yalnız XX əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan xalqı öz sərvətinə sahib oldu və Ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası nəticəsində neft Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının inkişafına xidmət etməyə başladı. Hər bir uğurlu inkişaf edən ölkənin inkişafının başlanğıc nöqtəsini müxtəlif amillər təşkil edir. Azərbaycanın 25 ildə uğurlu, sürətli inkişafının başlanğıc nöqtəsi isə neft sərvətləri və 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi ilə başlayan uğurlu neft strategiyasıdır. Bu strategiyanın əsas tərkib elementlərindən biri də neft dəyərlərinin qeyri-neft, mədəni dəyərlərə çevrilməsi oldu. Məhz neftdən əldə edilən gəlirlərin ölkə iqtisadiyyatının yenidən qurulmasına, ordu quruculuğunun ən yüksək səviyyəyə çatdırılmasına, milli mədəni dəyərlərin həm ölkə daxilində, həm də dünyada yayılmasına yönəldilməsi Azərbaycanın 25 ildə əldə etdiyi uğurlu nəticələr sayılır. Azərbaycan iqtisadiyyatı MDB-də ən rəqabətə davamlı iqtisadiyyatdır, Azərbaycan mədəni irisi artıq bütün dünyada tanınır və qoruyur, Azərbaycan ordusu regionda ən güclü ordudur. Milli neft strategiyasının əsasları Ulu öndər Heydər Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuşdur. Hələ o zaman dənizdə neft yataqlarında kəşfiyyat işlərinin genişləndirilməsi, Dərin Özüllər Zavodunun inşası, dənizdə üzən qazma qurğularının yaradılması sonradan müstəqillik əldə edən Azərbaycanın neft sərvətlərindən istifadə etməsində əvəzsiz rol oynadı”.
T.Mirkişili qeyd etdi ki, müstəqilliyin ilk illərində ölkədə yaranan ictimai-siyasi və hərbi vəziyyət xarici investorların Azərbaycana cəlb edilməsinə imkan vermirdi: "Xarici investisiyalar və texnologiyalar olmadan isə dənizin dərin qatlarında yerləşən neft yataqlarını istismar etmək mümkün deyildi. Məhz belə bir şəraitdə Heydər Əliyev şəxsinə olan inam və onun bütün uğurlara zəmanət kimi çıxış etməsi 1994-cü ildə Əsrin Müqaviləsinin imzalanmasına səbəb oldu. Bu müqavilə Heydər Əliyevin neft strategiyasının başlanğıc nöqtəsi oldu. Neft strategiyasının sonrakı mühüm həlqələri Bak-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və istismarı oldu. Bu kəmər Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəm bünövrəsini qoydu. Neft gəlirlərini şəffaf və effektiv bölüşdürülməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması neft strategiyasının mühüm tərkib hissəsi idi. Beləliklə, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyini və inkişafını təmin edərək, sonrakı illərdə həm də Azərbaycan dövlətinin regionda söz sahibi olmasına səbəb oldu”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov söylədi ki, Heydər Əliyevin vaxtında iqtisadiyyatın dinamik inkişafı təmin edilib: "1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra əsas prinsipial iş 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin Müqaviləsi oldu. Bu müqavilənin imzalanması bir növ tramplin rolunu oynadı. 1995-ci ildə çevrilişə cəhd olunsa da, bunun qarşısı alındı. Müqavilə Azərbaycana ilk növbədə iqtisadi cəhətdən böyük gəlirlər gətirdi. Həmin dövrdə bu, ölkə üçün çox vacib bir məsələ idi. Əsrin Müqaviləsi həm də siyasi cəhətdən dövlətimizin nüfuzunun artırılmasında ciddi rol oynadı. O dövrdə ABŞ və bir sıra Avropa dövlətləri Azərbaycanla əməkdaşlıq etmək niyyətində idi. Bu baxımdan ölkədə stabillik və dinamik inkişaf bizim üçün çox vacib idi. Heydər Əliyev məhz bu istiqamətdə düzgün siyasi gedişlər edərək ölkədə hökm sürən xaosun qarşısını aldı. Neftdən gələn gəlirlər ölkə iqtisadiyyatının dinamik inkişafına yönəldildi. Ulu öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycanın neft strategiyasında yeni dövr başlandı və bu gün həmin strategiya uğurla davam etdirilir. Əksər iri şirkətlər bizimlə əməkdaşlıq etməyə başladı. Həmin dövrdə xarici investorlar ölkə iqtisadiyyatımıza cəlb olundu. Heydər Əliyev onları inandırdı ki, bizimlə əməkdaşlıq etmək onların özü üçün də faydalı olacaq. Onların  burada sərbəst fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratdı. Əgər bu gün Azərbaycan böyük enerji layihələrində iştirak edirsə, bu, H.Əliyevin gördüyü işlərin nəticəsidir. O, Azərbaycanın neft strategiyasının memarıdır”.
 
Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112