AZE | RUS | ENG |

Azərbaycanın mövqeyi bir daha ortaya qoyulub

Azərbaycanın mövqeyi bir daha ortaya qoyulub
Prezident İlham Əliyev Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.
Deputat vurğulayıb: "Dövlət başçımız, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyan etdi ki, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bununla yanaşı, Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarına çıxarılması, nəqliyyat dəhlizlərinin yaradılması və digər mühüm məsələlər gündəmdə oldu. Azərbaycanın Avropa İttifaqı ilə çox səmərəli və işgüzar münasibətlərinin olduğu bir daha qeyd edildi".
C.Osmanov bildirib ki, Azərbaycanın hər bir uğuru anti-milli qüvvələri narahat edir və onların fəallaşmasına səbəb olur:
"İstər daxildə, istərsə də xaricdə Azərbaycanı sevməyən qüvvələr erməni lobbisinin dəstəyi altında Azərbaycanın inkişafına şər və böhtanla kölgə salmaq istəyirlər”.
Millət vəkilinin sözlərinə görə, həm daxildə radikal müxalifət, həm də xaricdə yaşayan bəzi anti-Azərbaycan ünsürlər ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar: "Lakin həmin qüvvələr heç nə əldə edə bilmirlər, çünki Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Prezident İlham Əliyevin apardığı müstəqil siyasət yalnız dövlət və milli maraqlara xidmət edir. Ona görə də belə ünsürlərin Azərbaycan xalqı arasında heç bir yeri yoxdur”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779