• cümə axşamı, 25 aprel, 12:18
  • Baku Bakı 23°C

Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq - “Chatham House”un direktoru

21.08.15 12:17 1048
Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq - “Chatham House”un direktoru
“Azərbaycan hökumətinin rəsmilərinə müxtəlif tədbirlərimizdə iştirak etmələri üçün şərait yaratmağa həmişə hazırıq”

Böyük Britaniyanın “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın bu il iyulun əvvəlində sözügedən qurumun dəvəti ilə Londona səfər etməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırıb.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, R. Niblet bildirib ki, “Chatham House”un qaydalarına əsasən institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması və ya dəstəklənməsi demək deyil: “”Chatham House” Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
R. Niblet TEAS-a ünvanladığı məktubda gələcəkdə bu kimi tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndəsini də qonaq etməyə hazır olduqlarını deyib: “Biz daha geniş miqyasda isə hər zaman etdiyimiz kimi, Azərbaycan hökumətinin rəsmilərinə danışıqlar aparılması və müxtəlif tədbirlərimizdə iştirak etmələri üçün “Chatham House”da şərait yaratmağa həmişə hazırıq”.
banner

Oxşar Xəbərlər