• cümə, 26 Aprel, 10:20
  • Baku Bakı 12°C

Azərbaycanın multikulturalizm modeli etalondur

26.05.18 19:00 510
Azərbaycanın multikulturalizm modeli etalondur
Azərbaycanın dini tolerantlıq, multikulturalizm modeli etalondur. Biz Fransada bunu yaxşı bilirik.
AZƏRTACxəbər verir ki, bu fikri Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfransın iştirakçısı, tarixçi, Paris Sosial Elmlər üzrə Qabaqcıl Tədqiqatlar Məktəbinin tədqiqatçısı Jorj Mamulya söyləyib.
O, Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş konfransın keçirilməsinin böyük əhəmiyyətinin olduğunu bildirib.
Jorj Mamulya deyib ki, hər iki ölkənin tanınmış tarixçilərinin, tədqiqatçılarının iştirak etdikləri konfransda çıxışlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, fəaliyyətindən ətraflı bəhs edildi. Həmçinin Fransa-Azərbaycan əlaqələrindən, Paris Sülh Konfransından danışıldı. Bu da təbiidir, çünki məhz Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına nail olunub.
banner

Oxşar Xəbərlər