• çərşənbə axşamı, 23 aprel, 19:30
  • Baku Bakı 20°C

Azərbaycanın məşhur futbolçusu qarət olundu

24.12.13 18:13 1485
Azərbaycanın məşhur futbolçusu qarət olundu
Mahir Şükürov “Qəbələ” ilə oyunun son saniyələrində vurduğu qolla komandasına qələbə qazandırsa da, onun sevinci uzun sürməyib
Milli.Az publika.az-a istinadən xəbər verir ki, “Neftçi”nin müdafiəçisi həmin qələbəyə görə aldığı mükafatı bir gecənin içində itirib.
Paytaxt klubunun kapitanı qələbədən sonra həm mükafatı, həm də yarım aylıq maaşını götürərək paytaxtdakı otellərdən birinə istirahət etmək üçün gedib.
Onun bu məkana kiminlə və niyə getdiyini qabartmaq istəməsək də, qeyd edək ki, futbolçu 25 min dolları maşında qoyub. Oteldən çıxdıqdan sonra isə maşınının şüşəsinin qırıldığını və pulun oğurlandığını görüb.
Mahir polisə müraciət etməsə də, bu işdə şübhələndiyi adamlar var. Belə ki, onun həmin gün maaş aldığını bir neçə nəfər bilirmiş. Bundan başqa, Mahirin bir neçə dəfə kiçik məbləğdə pulunun oğurlandığı deyilir.
banner

Oxşar Xəbərlər