• cümə axşamı, 28 mart, 12:40
  • Baku Bakı 16°C

Azərbaycanın Mədəniyyət Konsepsiyası təsdiq edildi

14.02.14 17:35 1458
Azərbaycanın Mədəniyyət Konsepsiyası təsdiq edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası" təsdiq edilir.
Nazirlər Kabinetinə Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Hökumət, həmçinin Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək prezidentə təqdim etməlidir.
banner

Oxşar Xəbərlər