• çərşənbə, 24 Aprel, 11:05
  • Baku Bakı 13°C

“Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək çox iş var”

21.05.18 15:14 511
“Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək çox iş var”
"Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni səviyyədə bizim də Azərbaycanda görə biləcəyimiz işlər çoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyevlə geniş tərkibli görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
Serbiya prezidenti deyib ki, iqtisadiyyatımız gücləndikcə Serbiya şirkətləri Azərbaycana cəlb oluna bilər: "Bu il Serbiyada iqtisadi artım 4,5 faiz olub. Məndə olan məlumata görə, Azərbaycanın da qeyri-neft sektorunda 3 faiz artım olub. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm”.
banner

Oxşar Xəbərlər