AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Azərbaycanın koronovirusla bağlı atdığı addımlar təqdir edilir"

Cəmiyyət
29 Mart 2020, 19:07 122
"Dünya Səhiyyə Təşkilatı Azərbaycan dövlətinin koronovirusla bağlı atdığı addımları təqdir edir. Bir çox ölkələrdə də dövlətimizin koronavirusun geniş yayılmasının qarşısını almaq və bundan az itki ilə çıxmaq üçün gördüyü sistemli tədbirlər örnək kimi göstərilir". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.
"Bəs cəmiyyət olaraq necə, koronovirusa yoluxmaq təhlükəsinin get-getdə artdığı indiki günlərdə davranışımız örnək sayıla bilərmi? Bunu bimək üçün sadəcə evinizin pəncərəsindən küçələrə baxmaq yetər.
Çox təəssüf ki, bəziləri maskaya, spirtə kütləvi ehtiyac yaranan zaman necə girəvəçiliyə, möhtəkirliyə yol verirdilərsə, indi də bir çoxlarımız onlardan betər məsuliyyətsizlik edirik. Bunun təhlükəli olması haqda bütün xəbərdarlıqları qulaqardına vuraraq uşaqları da yanımıza salıb yenə də heç nə olmamış kimi küçə-bazarda gəzib-dolaşırıq. Əziz atalar, analar, qardaşlar, bacılar, gənclər və uşqlar, bu cür məsuliyyətsiz davranışımızla təkcə özümüzü deyil, doğmalarımızı, əzizlərimizi, yaxınlarımızı, indiyədək heç bir pisliklərini görmədiyimiz, əksinə bəlkə də haçansa yaxşılıqlarından faydanalndığımız onlarla başqa adamları ölüm təhlükəsi ilə üz-üzə qoyuruq. Anlamalıyıq ki, bu gün koronovirus təhlükəsiylə bağlı edilən xəbərdarlıqları görməzdən gəlmək sadəcə məsuliyyətsizlik deyil, həm də cinayətdir və bizə "ən yaxşı azərbaycanlı ölmüş azərbaycanlıdır" düşüncəsiylə yanaşan düşmənlərimizə xidmətdir!"-deyə, S.Alıyev fikrini tamamlayıb.