• şənbə, 20 Aprel, 00:24
  • Baku Bakı 15°C

Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşacaq

30.09.18 13:45 568
Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşacaq
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gələcək. Artıq komandaların heyətləri də məlumdur:
43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur
Kişilər
Azərbaycan - Çexiya
Şəhriyar Məmmədyarov - David Navara
Teymur Rəcəbov - Viktor Lazniçka
Arkadi Naydiç - Zbinek Qraçek
Rauf Məmmədov - İrji Stoçek
Məmmədyarovla Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla çıxış edəcək.
Qadınlar
Azərbaycan - Latviya
Günay Məmmədzadə - Laura Roqule
Xanım Balacayeva - İlze Berzina
Gülnar Məmmədova - Linda Krumina
Ülviyyə Fətəliyeva - Elizabete Limanovska
Məmmədzadə və Məmmədova ağ, Balacayeva və Fətəliyeva qara fiqurlarla oynayacaq.
Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Beş turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 10 xalla 1-ci, qadın millisi 8 xalla 8-ci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər