• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub

15.05.19 14:22 471
Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub
2019-cu ilin birinci rübündə Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil edir və bu tendensiya ilin sonunadək davam edəcək.
Trend-in məlumatına görə, Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda "Caspian Agro 2019” sərgisinin açılışında deyib.
Nazir bu sahədə innovasiyaların tətbiqinin və qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Sərgi barədə danışan İ.Kərimov qeyd edib ki, bu tədbir fermerlərə kənd təsərrüfatı sahəsində ən son yeniliklərlə tanış olmağa imkan verəcək.
banner

Oxşar Xəbərlər