• cümə axşamı, 25 aprel, 00:56
  • Baku Bakı 19°C

Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib

06.11.18 21:31 586
Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib
"Made in Azerbaijan” brendin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Bolqarıstanın Sofiya şəhərinə yola düşüb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, missiyaya qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan ixracatçıları görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.
Bolqarıstana təşkil olunan ixrac missiyası 6-9 noyabr tarixlərini əhatə edəcək.
banner

Oxşar Xəbərlər