• cümə, 29 Mart, 13:27
  • Baku Bakı 14°C

Azərbaycan istiqrazlarının bahalaşması davam edir

10.06.16 13:52 1118
Azərbaycan istiqrazlarının bahalaşması davam edir
Dünya bazarında neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın dövlət istiqrazları dəyər qazanmaqda davam edir.
"APA-Economics" xəbər verir ki, Azərbaycanın dövlət qiymətli kağızları 0,2-0,3 bənd bahalaşıb.
Rusiyanın qiymətli kağızlarının dəyəri müxtəlif cür dəyişsə də, Qazaxıstanın istiqrazları praktiki olaraq dəyişməz qalıb.
Qeyd edək ki, neftin ucuzlaşmasına səbəb dolların möhkəmlənməsidir. Dolları isə ABŞ-da işsizliyin səviyyəsi ilə bağlı açıqlanan statistika bahalaşdırır. Belə ki, ABŞ-da işsizlik müavinəti ilə bağlı müraciət edənlərin sayında azalma müşahidə olunur.
Üstəlik, Kanadada baş verən irimiqyaslı yanğınlardan fəaliyyətini dayandıran neft şirkətləri artıq iş başındadır. Bu da neftin ucuzlaşmasına təsir edir.
banner

Oxşar Xəbərlər