AZE | RUS | ENG |

Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidirlər

Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidirlər
Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bu problemi beynəlxalq qurumlar həll etməlidir, ancaq onların belə bir niyyətləri yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyənin baş ombudsmanı Şeref Malkoç "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqə dostluq üzərində qurulub. Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında təkcə ticarət, iqtisadi, mədəni bağlılıq yox, sevgi bağlılığı var.

Ş.Malkoç Türkiyə təcrübəsindən danışaraq əlavə edib ki, burada ombudsmanların verdiyi qərar önəmlidur və bu qərarların 70 faizi icra edilir.

O, verdikləri qərarların icrasını yoxladıqlarını və bunu nəzarətdə saxladıqlarını söyləyib.

Ş.Malkoç ədalətin bərpasında ombudsmanların xüsusi rolunun olduğunu da söyləyib: "Dünyada çox haqsızlıq var, bunun yolu ədalətdən keçər. Bu baxımdan ombudsmanların toplaşaraq problemləri birgə həll etməsi vacibdir. Haqsızlıq edənlərə qarşı səsimiz gur çıxarsa, onda ədalət daha tez bərpa olunar. Bu haqsızlıqları bərabər aradan qaldırmalıyıq".




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002