• şənbə, 20 Aprel, 03:40
  • Baku Bakı 15°C

"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyinə salınıb

07.08.17 14:20 1542
"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyinə salınıb
"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidənBMTBaş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.
APA-nın məlumatına görə, gündəliyin hələlik son versiyası təsdiqlənməyib.
Bildirilir ki, hər iki məsələBMTBaş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.
Qeyd edək ki,BMTBaş Assambleyasının 72-ci sessiyasısentyabrın 12-25-dəBMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. Sessiya çərçivəsindəATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.
banner

Oxşar Xəbərlər