• çərşənbə, 24 Aprel, 11:04
  • Baku Bakı 13°C

Azərbaycanın iş adamları Sarayevo biznes-forumuna dəvət olunurlar

30.04.17 10:15 1135
Azərbaycanın iş adamları Sarayevo biznes-forumuna dəvət olunurlar
Azərbaycanlı sahibkarlar və iş adamları mayın 22-23-də Bosniya və Herseqovinada keçiriləcək VIII Beynəlxalq İnvestisiya Konfransına (Sarayevo biznes-forumu) dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)AZƏRTAC-a bildiriblər ki, tədbirdə kənd təsərrüfatı, enerji, təhsil, maliyyə, infrastruktur, tikinti, turizm, müxtəlif növ xidmətlər və digər sahələr üzrə layihələr nümayiş etdiriləcək. Konfransda çoxsaylı beynəlxalq investorların, maliyyə fondlarının, iş adamlarının və yüksək səviyyəli rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, 2016-cı ildə keçirilən VII Beynəlxalq İnvestisiya Konfransında 1600 nümayəndə, o cümlədən 350 jurnalist iştirak edib.
Tədbirə qatılmaqda maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər