• cümə axşamı, 25 aprel, 17:21
  • Baku Bakı 23°C

Azərbaycanın iri qaz yatağındakı ilk quyudan hasilatın həcmi məlum olub

15.04.17 17:23 835
Azərbaycanın iri qaz yatağındakı ilk quyudan hasilatın həcmi məlum olub
SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov, "Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, Fransanın "Total” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Nicolas Brunet, eləcə də hər iki şirkətin nümayəndələri Neft Daşlarına işgüzar səfər ediblər.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Neft Daşlarında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
"Abşeron” yatağında qazılacaq ilk quyudan hasil olunacaq sutkalıq 2000 ton kondensat və 4,3 milyon kubmetr qazın Neft Daşlarına, oradan da "28 May” NQÇİ-nin mövcud xətləri ilə sahilə nəqlinin mümkünlüyü ilə tanış olmaq məqsədi ilə qonaqlar "Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına, "28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə, tibb məntəqəsinə baxış keçiriblər.
"Neft Daşları” NQÇİ-nin konfrans zalında "Neftin və qazın hasilatında bütövlüyün idarə olunması və yoxlamalar” mövzusunda keçirilmiş geniş tərkibli müşavirədə yataqların cari vəziyyəti və perspektiv inkişafı, "Abşeron” yatağında qazılacaq ilk quyunun gündəlik məhsulunun ilkin mərhələdə sahilə nəql olunması barəsində fikir mübadiləsi aparılıb. Qarşılıqlı müzakirələrdən sonra belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
banner

Oxşar Xəbərlər