• cümə, 19 Aprel, 08:20
  • Baku Bakı 13°C

“Azərbaycanın İran ərazisində strateji iqtisadi maraqları var”

09.08.18 22:31 554
“Azərbaycanın İran ərazisində strateji iqtisadi maraqları var”
"Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır”.
Bu barədə millət vəkili Tahir Mirkişili ABŞ-ın İrana sanksiyaları bərpa etməsini "Kaspi”yə şərh edərkən bildirib. Onun sözlərinə görə, sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənyesinə, xalça satışına qədər sahələri əhatə edir. Deputat qeyd edib ki, bunun ardınca ABŞ prezidenti Donald Trump noyabr ayında sanksiyalarin 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqlayıb. Millət vəkili hesab edir ki, bu sanksiyaların əsas mahiyyəti "İranla iqtisadi əməkdaşlı edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz” dir.
T.Mirkişili İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsiri məsələsinə də aydınlıq gətirib. Deyib ki, statistik rəqəmlər Azərbaycan iqtisadiyyaında İranın kiçik paya sahib olduğunu göstərir: "2018-ci ilin 6 ayın yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1, ixracında payı 0.1, idxalında isə payı 2.9 faizdir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 mlrd dollar investisiya yatırıb ki, bu da ölkəmizə qoyulan xarici investisiyaların 1.4 faizini təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtombil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni, İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər. Amma bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var. Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Avropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinlikərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər. Sadəcə geçikmələrə”.
Millət vəkili T.Mirkişili deyib ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub: "İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır. Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olacaq, faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər