• cümə, 19 Aprel, 16:05
  • Baku Bakı 25°C

Azərbaycanın iqtisdiyyat naziri Rusiyanın nəqliyyat nazirinin müavini ilə görüşüb

08.08.18 14:30 489
Azərbaycanın iqtisdiyyat naziri Rusiyanın nəqliyyat nazirinin müavini ilə görüşüb
İqtisadiyyat naziri, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədriŞahin Mustafayevqonşu ölkəninnəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşüb.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir ikitərəfliəlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın genişlənməsində Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edib.
O, diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır.
Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edən Ş.Mustafayevbu dəhlizin nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayıb. Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisinin davam etdiyini bildirən nazir bu layihənin də nəqliyyat və ticarət əlaqələrinin inkişafında, daşımaların artmasında önəmli olacağını qeyd edib.
A.Luşnikov isə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin uğurlu layihələrdən olduğunu vurğulayıb, hazırda Azərbaycan və Rusiya arasında icrası davam edən nəqliyyat layihələrinə, daşımaların artırılması imkanlarına və nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.
banner

Oxşar Xəbərlər