• şənbə, 20 Aprel, 18:30
  • Baku Bakı 24°C

Azərbaycanın iqtisadi inkişafı çox yüksəkdir - Fransa prezidenti

12.05.14 08:26 1308
Azərbaycanın iqtisadi inkişafı çox yüksəkdir - Fransa prezidenti
"Mən Fransız liseyində olduğumdan çox məmnunam. Bu lisey ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.
Bunu Bakı Fransız Liseyinin açılışında Fransa prezidenti Fransua Olland söyləyib.
Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Fransa-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərinə görə təşəkkür edən F. Olland liseydə 350 şagirdin təhsil alacağını bildirib. O bu səfərin Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ildəki səfərinə cavab olduğunu söyləyib: "Azərbaycan Luvr muzeyində departamentin açılışına yardım edib. Luvr muzeyində dünya mədəniyyəti yer alıb”.
Fransa prezidenti Bakının tezliklə dünyanın ən böyük və gözəl şəhərlərindən biri olacağını qeyd edib: "Biz enerji ilə bərabər, şəhərsalma və nəqliyyat sahəsində də Azərbaycanla əməkdaşlıq etmək istəyirik”.
F. Olland Fransada Azərbaycan tələbələrini qəbul etməyə hazır olduqlarını qeyd edib: "Biz Parisdə yeni mərkəz tikəcəyik, orada Azərbaycandan tələbələr qəbul etməyə hazırıq. Bu liseydə Eyfel qülləsi və Qız qalasının təsəvvürü var. Sizin nə demək istədiyinizi anladıq. Birinci, bu, Sizin tarixinizi göstərir. İkinci, həm də Siz müstəqilliyinizi qoruyub saxlamaq istəyirsiniz. Azərbaycanda iqtisadi inkişaf çox yüksəkdir. Avropada da belə bir inkişafın olmasını, əhali üçün belə şərait yaradılmasını istərdik. Bu gün səfərimizin əsas məqsədi budur. Bu ilk səfərdə mən Azərbaycanda çox şey kəşf etdim. Azərbaycana yenə də gələcəyəm”.
Fransa prezidenti sentyabr ayından bu liseydə çoxlu sayda şagirdlərin təhsil alacağına əmin olduğun bildirib./apa/
banner

Oxşar Xəbərlər