• cümə, 19 Aprel, 09:29
  • Baku Bakı 13°C

Azərbaycanın İntellektual BİRincisi" layihəsinin Bakı turniri yekunlaşdı

12.12.16 15:48 1185
Azərbaycanın İntellektual BİRincisi" layihəsinin Bakı turniri yekunlaşdı
Hər bir dövlətdə olduğu kimi bizim ölkədə də gənclər cəmiyyətin lokomotividir. Gənclər bizim gələcəyimizdir – ideyası dünyanın hər bir yerində qəbul olunmuş bir standartdır. Gənclərin ölkədə baş verən proseslərə aktiv qoşulması, onun bir parçası olması həm gənclər şəbəkəsinin genişlənməsi və inkişafına, həm də vətəndaş cəmiyyətinin inkişaf etməsinə dəlalət edir.
Prezident İlham Əliyevin iştirakı ilə Gənclər Gününə həsr olunmuş görüşdə ölkə başçısı intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin özünü inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməsi və bundan irəli gələrək "İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycanın İntellektual BİRincisi” layihəsi başladı.
"Azərbaycanın İntellektual Birincisi” layihəsinin dekabr ayının 11-də Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib.

Açılış mərasimində YAP Binəqədi rayon təşkilatının sədriRamiz Göyüşov, İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış edib.
Açılış mərasimindən sonra 4 intellektual oyuna ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Bakı şəhərində 11 rayonun iştirakı ilə keçirilən sonuncu seçim turunda "Nə? Harada? Nə zaman?", "Xəmsə" intellektual oyunlarında Yasamal rayonu, "Vətəni Tanı" intellektual oyununda Nizami rayonu, "Axtar-tap" intellektual oyununda Binəqədi rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.


banner

Oxşar Xəbərlər