• cümə, 29 Mart, 02:33
  • Baku Bakı 7°C

Azərbaycanın inklüziv inkişafının əsaslarını öyrənmək...

22.04.19 13:52 635
Azərbaycanın inklüziv inkişafının əsaslarını öyrənmək...
Akademik Urxan Ələkbərovun Azərbaycanın inklüziv inkişafı mövzusunda məruzəsi Ankara Sosial Elmlər Universitetinin (ASEU) elmi kollektivi üçün çox faydalıdır.
Bu fikriAZƏRTAC-a açıqlamasında ASEU-nun prorektoru, professor Əli Günəş bildirib.
Azərbaycanda əldə olunan uğurların elmi əsaslarının öyrənilməsinin Türkiyənin elmi ictimaiyyəti üçün əhəmiyyətli olduğunu diqqətə çatdıran professor Əli Günəş deyib: "Azərbaycanla Türkiyənin qardaş ölkələr olması hər kəsə bəllidir. Bu mənada Azərbaycandakı inkişaf hər bir türkiyəli üçün sevindiricidir. Bununla belə, qardaş ölkədəki inklüziv inkişafın əsaslarını öyrənmək çox faydalıdır. Akademik Urxan Ələkbərovun məruzəsində biz Azərbaycanın inkişaf istiqamətlərini ayrı-ayrı ölkələrin iqtisadi vəziyyəti, eləcə də idarə olunması ilə müqayisəli şəkildə öyrənə bildik. Ümumiyyətlə qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Ankara Sosial Elmlər Universitetində arasındakı əməkdaşlıq tərəflərə böyük fayda gətirir. Təcrübə mübadiləsi və elmi araşdırmaları bölüşmək səmərəli əməkdaşlığın nəticəsidir. Azərbaycanın inklüziv inkişafın idarə edilməsi, yəni resurslardan səmərəli istifadə istiqamətlərində qazandığı uğurlar bütün dünya üçün böyük təcrübədir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov aprelin 17-də Ankara Sosial Elmlər Universitetində təşkil olunan elmi seminarda "Davamlı inklüziv inkişaf məqsədlərinin təmini üçün yeni idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
banner

Oxşar Xəbərlər