• cümə axşamı, 25 aprel, 03:09
  • Baku Bakı 19°C

Azərbaycanın inkişafı region ölkələri üçün nümunə ola bilər - Fransua Olland

12.05.14 12:37 1244
Azərbaycanın inkişafı region ölkələri üçün nümunə ola bilər - Fransua Olland
Azərbaycanın inkişafı region ölkələri üçün nümunə ola bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fransa Prezidenti Fransua Olland Bakıda Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.
Fransa Prezidenti deyib: "Mən ilk olaraq siyasi və digər mühüm məsələləri müzakirə etmək niyyətində idim, lakin eyni zamanda, ikitərəfli əməkdaşlığın perspektivləri və yeni istiqamətləri də ən mühüm məsələlərdən biridir. Biz qarşılıqlı əməkdaşlığın daimi inkişafına töhfə verə biləcək strategiya müəyyən etməliyik".
Fransua Ollandın sözlərinə görə, Azərbaycanın inkişafı adi gözlə görünür: "Azərbaycan xeyli sayda uğurlara nail olub. Siz enerji, eləcə də nəqliyyat, inşaat sektorlarına, infrastrukturun inkişafına investisiyalar cəlb edə bilmisiniz ki, bu da bütün regiona və hətta bütün dünyaya nümunə ola bilər".
banner

Oxşar Xəbərlər