• cümə, 19 Aprel, 14:54
  • Baku Bakı 25°C

Səməd Seyidov: Azərbaycanın imici ən yüksək səviyyədə qorunur

07.11.18 13:15 669
Səməd Seyidov: Azərbaycanın imici ən yüksək səviyyədə qorunur
Azərbaycanın dövlət büdcəsi sosialyönümlü büdcə kimi təqdim olunub. Büdcə həm də beynəlxalq münasibətlər yönümlü büdcədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini sədri Səməd Seyidov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
O qeyd edib ki, dünyada Azərbaycanın imici ən yüksək səviyyədə qorunur: "Hazırda dünyada faktiki sanksiyalar müharibəsi gedir. Bu müharibədə ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb”.
S.Seyidov vurğulayıb ki, Azərbaycan beynəlxalq və iqtisadi əlaqələrini ən yüksək səviyyədə təmin edib. Komitə sədri beynəlxalq fəaliyyət sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.
banner

Oxşar Xəbərlər