• cümə, 29 Mart, 04:40
  • Baku Bakı 7°C

Azərbaycanın hərbi xərcləri artırıldı

07.10.13 16:00 1021
Azərbaycanın hərbi xərcləri artırıldı
Gələn ilin dövlət büdcəsində müdafiə sahəsi üçün ayrılan xərclər açıqlanıb. Maliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2014-cü ildə müdafiə xərclərinin 1637362.4 min manat olması proqnozlaşdırılır. Bu isə 2013-cü ilin müvafiq xərclərindən + 7.1 faiz çoxdur.
2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1240298.0 min manat təşkil edəcəyi gözlənilir. Bu isə bu ilki xərclərdən + 11.3 faiz çox deməkdir.
Müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14.7 faizini təşkil edəcək.
banner

Oxşar Xəbərlər