• çərşənbə axşamı, 23 aprel, 20:24
  • Baku Bakı 20°C

Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcək

07.06.18 11:09 449
Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcək
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - "EUROSATORY-2018”də nümayiş etdiriləcək.
Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziriYavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdə olacaq.
Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.
"EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.
Səfər zamanı nazirYavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər