AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür

Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür

Cəmiyyət
14 Dekabr 2019, 21:00 381
Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür. Heydər Əliyev Azərbaycanı üzləşdiyi çətinliklərdən xilas edib. Qanlı Yanvar hadisələrində o, xalqını unutmadı. Ölkənin iqtisadi baxımdan çətin vəziyyətdə olduğu, Azərbaycana qarşı torpaq iddiasında olan Ermənistanla münaqişənin gərgin anlarında Heydər Əliyev hakimiyyətə qayıdıb. O, ölkənin ən çətin anlarında xalqının yanında olub və onu xilas edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan-Pyer Allali deyib.
Jan-Pyer Allali qeyd edib ki, Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxlayıb. Hazırda onun siyasətini davam etdirən Prezident İlham Əliyevin sayəsində bu müstəqillik möhkəmlənib, ölkə gündən-günə inkişaf edir.