• cümə, 19 Aprel, 10:54
  • Baku Bakı 13°C

Azərbaycanın haqq işinə münasibətdə Almaniya hər zaman səssiz qalıb - Deputat

27.03.21 18:45 1094
Azərbaycanın haqq işinə münasibətdə Almaniya hər zaman səssiz qalıb - Deputat
Son günlər Almaniya mətbuatında Azərbaycana qarşı təşkil olunan əsassız hücumları, ölkəmiz haqqında tirajlanan qərəzli informasiyaları anlamaq çətindir. Niyə belə edirlər, səbəb nədir, məram nədir, yəqin özlərinə bəllidir. Amma əslində bizə də bəllidir. Güman ki, Azərbaycanın Aİ ailəsinə yaxınlaşması Almaniyanı niyəsə qane etmir. Eyni zamanda, NATO təlimlərində Azərbaycanın iştirakına Almaniyanın yaratdığı əngəllər də nəzərəçarpan səviyyədədir. Üstəlik, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə, illər boyunca ölkəmizin məlum mövzuda haqq işinə münasibətdə də Almaniya hər zaman səssiz, susqun qalıb. Hətta bəzən daha mənfi rakursdan mövqe sərgiləyib. Diqqət yetirsəniz görərsiniz ki, işğaldan azad olunan ərazilərə təşkil edilmiş dipkorpus səfərlərində də Almaniya tərəfi heç bir zaman iştirak etməyib. Yəni, bu qərəz, bu münasibət əslində silsilə formasındadır. Ona görə indi də media üzərindən absurd hücumlar təşkil olunur.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib. O bildirib ki, hərgah, Almaniyanın özünün başına hazırda çarə qılan gərəkdir: "Bu ölkə COVİD-ə açıq-aydın uduzub, iqtisadiyyat çökür, ölkədə siyasi böhran var, yürütdükləri Avropa strategiyası bərbad vəziyyətdədir. Qısası, yaxşı olar ki, Almaniya mətbuatı özü ilə məşğul olsun, öz dərdini çəksin. O da əgər çəkə bilsə...
Azərbaycanın uğurları tarix və zaman boyunca bir çox ölkələri qıcıqlandırıb. İndi də həmin estafetdir, sadəcə növbə Almaniyaya dövr edilib. Amma bu yanlış təbliğatla məşğul olanlar, Azərbaycana qarşı qərəzli və məkrli siyasət yürüdənlər anlamalıdırlar ki, heç bir zaman nəyəsə nail ola bilməyəcəklər. Azərbaycan xalqı da, onun lideri də yetərincə güclü və cəsarətlidir. Bizim öz yolumuz var və həmin yol ölkəmizi, millətimizi daim uğurlara və xoş gələcəyə doğru aparacaq".
banner

Oxşar Xəbərlər