• cümə axşamı, 28 mart, 18:32
  • Baku Bakı 13°C

Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib

18.11.16 12:55 1238
Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib
Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədriAydın Əliyevməlumat verib. Onun sözlərinə görə, Gürcüstan "Yuxari Las” ərazisində qar uçqunları olduğundan Rusiya istiqamətində gedən yüklərin Azərbaycan ərazisindən keçəcəyi gözlənilir: "Bu həm Avropadan gələn, həm Türkiyədən və həm də Gürcüstandan gələn yüklər ola bilər. Bununla bağlı dünəndən "Sınıq körpü” gömrük-sərhəd keçid məntəqəsinə, eyni zamanda digər gömrük-sərhəd keçid məntəqələrinə göstəriş verilib və həmin məntəqələr gücləndirilmiş iş rejiminə keçirilib. Növbəyə çıxan işçilərin sayı artırılıb. Bu istiqamətdə bütün hazırlıq işləri yerinə yetirilib”.
banner

Oxşar Xəbərlər