• cümə, 19 Aprel, 13:19
  • Baku Bakı 25°C

Azərbaycanın "Eurovision" təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək

08.05.17 14:30 1317
Azərbaycanın "Eurovision" təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək
Azərbaycanı "Eurovision” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva sabah "Skeletons"mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.
APA-nın məlumatına görə, birincivə ikinci yarımfinalların hər birindəmüvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb.
Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə 23:25-də gözlənilir.
İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.
Qeyd edək ki, "Eurovision-2017” mahnı müsabiqəsi Ukraynanınpaytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq..
banner

Oxşar Xəbərlər